Əməkdaşlıq etdiyimiz qurumlar, gerçəkləşdirdiyimiz təlimlər.
Dövlət qurumları və şirkətlərlə birgə həyata keçirdiyimiz təlim və əməkdaşlıq layihələri. Başlığın üzərinə klikləyərək tam məlumatı oxuyun.
01 — Soft Skills təlimləri"Restoranlar üçün xidmət keyfiyyətinin artırılması" təlim paketini təqdim edirik
Restoran biznesi üçün xüsusi hazırlanmış "Xidmət və Kommunikasiya" təlim paketi ilə tanış olun.
Ətraflı
"Restoranlar üçün xidmət keyfiyyətinin artırılması" təlim paketini təqdim edirik
Restoran biznesi üçün xüsusi hazırlanmış "Xidmət və Kommunikasiya" təlim paketi ilə tanış olun.

Restoran biznesində qızıl qayda: Müştəri yeməyin dadını unuda bilər, amma necə qarşılandığını heç vaxt unutmur. Bəs sizin komandanız qonaqlara sadəcə xidmət edir, yoxsa unudulmaz təcrübə yaşadır?
YENİ MƏHSUL: Restoranlar üçün Xüsusi "Xidmət və Kommunikasiya" Təlim Paketi! Biz sadəcə standart qaydaları öyrətmirik. Biz personalınıza müştəri psixologiyasını, çətin vəziyyətlərdən çıxış yollarını və əsl qonaqpərvərliyi aşılayırıq.
Bu təlim paketi ilə nələri dəyişəcəyik? - Effektiv Ünsiyyət: Ofisiant və qarşılanma heyətinin (hostess) müştəri ilə doğru dialoqu. - Böhran İdarəçiliyi: Narazı müştərini sadiq müştəriyə çevirmək sənəti. - Komanda Ruhu: Mətbəx və zal arasında qüsursuz əlaqə. - Satış Bacarıqları: Menyunun doğru təqdimatı və orta çekin artırılması.
Sizin restoranınız sadəcə doymaq üçün deyil, zövq almaq üçün bir məkana çevrilsin. Xidmət keyfiyyətinizi bir pillə yuxarı qaldırmaq üçün bizimlə əlaqə saxlayın.
02 — Soft Skills təlimləriAZAL-la təlimlər
Azərbaycan Hava Yolları Aviasiya Təhlükəsizliyi Baş İdarəsi əməkdaşları üçün xidmət mədəniyyəti təlimi.
Ətraflı
AZAL-la təlimlər
Azərbaycan Hava Yolları Aviasiya Təhlükəsizliyi Baş İdarəsi əməkdaşları üçün xidmət mədəniyyəti təlimi.

"AZƏRBAYCAN HAVA YOLLARI" QSC və "AZERLEX Group" MMC arasındakı əməkdaşlıq çərçivəsində "AZƏRBAYCAN HAVA YOLLARI" QSC-nin Aviasiya Təhlükəszliyi Baş İdarəsinin əməkdaşlarına peşəkar bacarıqlarını təkmilləşdirmək məqsədilə şirkətimizin təcrübəli və peşəkar təlimçiləri tərəfindən "Vətəndaş məmnuniyyətinin təmin edilməsi və xidmət mədəniyyəti" mövzusu üzrə təlim proqramı davam etməkdədir.
Təlim vasitəsilə əməkdaşlar aşağıdakı bacarıqlara yiyələnəcəklər: - Vətəndaşlarla aydın və anlaşılan şəkildə ünsiyyət qurma, ehtiyaclarını dinləmə və doğru cavablandırma bacarığı. - Müştəri yönümlü yanaşma, vətəndaşların problemlərini həll etməyə yönəlmiş xidmət mədəniyyətini inkişaf etdirmə. - Vətəndaşların emosional reaksiyalarını anlama və situasiyaya uyğun şəkildə yanaşma bacarığı. - Qarşıya çıxan problemləri sürətli və effektiv şəkildə həll etmək üçün yaradıcı həllər tapmaq. - Vətəndaş şikayətlərinə uyğun reaksiya vermək və onları məmnun etmək üçün uyğun metodlar.
03 — Soft Skills təlimləriDövlət Vergi Xidməti ilə təlimlər
Dövlət Vergi Xidməti əməkdaşları üçün "Liderlik proqramı" çərçivəsində təlim.
Ətraflı
Dövlət Vergi Xidməti ilə təlimlər
Dövlət Vergi Xidməti əməkdaşları üçün "Liderlik proqramı" çərçivəsində təlim.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və «AZERLEX Group» MMC arasındakı əməkdaşlıq çərçivəsində Dövlət Vergi Xidmətinin əməkdaşları üçün peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə şirkətimizin təcrübəli və peşəkar təlimçiləri tərəfindən "Liderlik proqramı" çərçivəsində təlim təşkil olunub.
Bu təlim çərçivəsində iştirakçılar effektiv idarəetmə, komanda rəhbərliyi, strateji düşünmə və qərarvermə kimi bacarıqları üzrə biliklərini artırıblar. Təcrübəli təlimçilər tərəfindən keçirilən interaktiv sessiyalar zamanı onlar real iş situasiyalarına əsaslanan praktiki tapşırıqları yerinə yetirib və liderlik bacarıqlarını inkişaf etdirmək üçün faydalı metodlar öyrəniblər.
Siz də öz əməkdaşlarınızın bilik və bacarıqlarının artırılmasını, fəaliyyətinizin daha səmərəli qurulmasını və əməkdaşlarınızdan daha çox fayda almaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
04 — Soft Skills təlimləriADY ilə təlimlər
Azərbaycan Dəmir Yolları işçiləri üçün "Təlimçilər üçün Təlim (ToT)" proqramı.
Ətraflı
ADY ilə təlimlər
Azərbaycan Dəmir Yolları işçiləri üçün "Təlimçilər üçün Təlim (ToT)" proqramı.

"Azerlex GROUP" şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları işçiləri üçün təşkil olun #TəlimçilərüçünTəlim(ToT) proqramı uğurla başa çatmışdır.
Təlimin əsas məqsədi dəmiryolu işçilərinə təlim keçən əməkdaşların təlimlərinin keyfiyyətinin artırılması, onların təlim prosesi boyunca üzləşə biləcəyi problemlərə uyğun çıxış yolları təklif etmək olmuşdur.
Təlim zamanı iştirakçılar aşağıdakı suallara cavab tapmışdır: - Təlimçi kimdir, təlim nədir? (təlim ilə digər öyrətmə metodlarının fərqi) - "Yaxşı Təlimçi" olmaq üçün nələri bilməliyik və nələrə diqqət etməliyik? - Təlim zamanı cavabını bilmədiyimiz suallarla rastlaşdıqda nə etməliyik? - Bütün iştirakçıların diqqətini necə təlimdə tutmaq olar? - Hansı təlim metodları var? - Mümkün qorxuların üstəsindən necə gəlmək olar?
Siz də öz əməkdaşlarınızın bilik və bacarıqlarının artırılmasını istəyirsinizsə bizə müraciət edə bilərsiniz.
05 — Soft Skills təlimləriDövlət Statistika Komitəsi ilə təlimləri
Dövlət Statistika Komitəsi əməkdaşları üçün "Dövlət satınalmaları" mövzusunda təlim.
Ətraflı
Dövlət Statistika Komitəsi ilə təlimləri
Dövlət Statistika Komitəsi əməkdaşları üçün "Dövlət satınalmaları" mövzusunda təlim.

Dövlət Statistika Komitəsi ilə "Azerlex Group" MMC arasında qurulan əməkdaşlıq çərçivəsində Dövlət Statistika Komitəsinin əməkdaşları üçün peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə şirkətimizin təcrübəli və peşəkar təlimçiləri tərəfindən "Dövlət satınalmaları" mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim təşkil olunub.
Bu təlim çərçivəsində iştirakçılar dövlət satınalmalarının hüquqi bazası, satınalma prosesinin mərhələləri, satınalma prosesində tez-tez rast gəlinən səhvlər və mümkün hüquq pozuntuları, eləcə də onların qarşısının alınması yolları kimi məqamlar üzrə biliklərini artırıblar.
06 — Soft Skills təlimləriCəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə təlimlər
Azerlex Academy dəstəyi ilə "Stresin idarə olunması" mövzusunda iki günlük təlim proqramı.
Ətraflı
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə təlimlər
Azerlex Academy dəstəyi ilə "Stresin idarə olunması" mövzusunda iki günlük təlim proqramı.

"Azerlex Academy"nin dəstəyi və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında keçirilən "Stresin idarə olunması" mövzusuna həsr olunmuş iki günlük təlim proqramı başa çatdı.
Təlimlər zamanı iştirakçılar praktik məşqlər və interaktiv tapşırıqlar vasitəsilə stresin səbəblərini daha yaxşı anlamaqla yanaşı, müasir iş şəraitində stres yaradan amilləri müəyyən edib onlarla mübarizə aparmağın effektiv yollarını öyrəndilər.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
07 — Soft Skills təlimləriDövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təlimlər
Komitə əməkdaşları üçün "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" təlimi.
Ətraflı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə təlimlər
Komitə əməkdaşları üçün "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" təlimi.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "Azerlex Group" MMC arasında qurulan əməkdaşlıq çərçivəsində Komitə əməkdaşlarının peşəkar səriştələrinin inkişaf etdirilməsi məqsədilə "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim təşkil olunub.
Təlim zamanı iştirakçılar dövlət qulluqçularının fəaliyyətinin obyektiv və effektiv qiymətləndirilməsinə dair nəzəri biliklər əldə edib, praktiki bacarıqlarını inkişaf etdiriblər.
08 — Soft Skills təlimləriİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə təlimlər
Agentlik əməkdaşları üçün "Təlimçilər üçün təlim" mövzusunda təlim proqramı.
Ətraflı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə təlimlər
Agentlik əməkdaşları üçün "Təlimçilər üçün təlim" mövzusunda təlim proqramı.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "Azerlex Group" MMC arasında qurulan əməkdaşlıq çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün təşkil etdiyimiz "Təlimçilər üçün təlim" mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim baş tutdu.
Təlim zamanı iştirakçılar təlimçinin rolu və profili, təlim metod və növləri, təlimə hazırlıq mərhələləri, təqdimat bacarıqları, həmçinin auditoriya ilə effektiv ünsiyyətin əsas xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmişlər.
09 — Soft Skills təlimləriSahibkarlığın İnkişaf Fondu ilə təlimlər
Fond əməkdaşları üçün "Fəaliyyətin idarə edilməsi" mövzusunda təlim proqramı.
Ətraflı
Sahibkarlığın İnkişaf Fondu ilə təlimlər
Fond əməkdaşları üçün "Fəaliyyətin idarə edilməsi" mövzusunda təlim proqramı.

Sahibkarlığın İnkişaf Fondu ilə "Azerlex Group" MMC arasında qurulan əməkdaşlıq çərçivəsində Fondun əməkdaşları üçün təşkil edilən "Fəaliyyətin idarə edilməsi" mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim baş tutdu.
Təlim zamanı iştirakçılar müasir idarəetmə prinsipləri, effektiv liderlik bacarıqları, komanda quruculuğu, strateji düşüncə və qərarvermə prosesləri kimi vacib mövzular üzrə nəzəri və praktiki biliklərlə tanış oldular.
10 — Soft Skills təlimləriAudiovizual Şurası ilə təlimlər
Audiovizual Şurası əməkdaşları üçün "Stressiz həyat: vaxtın idarə edilməsi" təlimi.
Ətraflı
Audiovizual Şurası ilə təlimlər
Audiovizual Şurası əməkdaşları üçün "Stressiz həyat: vaxtın idarə edilməsi" təlimi.

18.11.2025 / 20.11.2025 tarixlərində Azerlex Group tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasının əməkdaşları üçün "Stressiz həyat: vaxtın idarə edilməsi" mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində iş prosesində vaxtın effektiv planlaşdırılması, stressin idarə olunması və gündəlik fəaliyyətlərin optimallaşdırılması istiqamətində peşəkar müzakirələr aparılıb. İştirakçılar real iş təcrübələrinə əsaslanan praktik yanaşmalarla tanış olub və mövzu üzrə faydalı fikir mübadiləsi həyata keçirilib.
