Sahibkarlığın İnkişaf Fondu ilə “Azerlex Group” MMC arasında qurulan əməkdaşlıq çərçivəsində Fondun əməkdaşları üçün təşkil edilən “Fəaliyyətin idarə edilməsi” mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim baş tutdu.
Təlim zamanı iştirakçılar iştirakçılar müasir idarəetmə prinsipləri, effektiv liderlik bacarıqları, komanda quruculuğu, strateji düşüncə və qərarvermə prosesləri kimi vacib mövzular üzrə nəzəri və praktiki biliklərlə tanış oldular. Təlim interaktiv müzakirələr, qrup çalışmalar və real iş həyatından nümunələr əsasında aparıldı ki, bu da iştirakçıların təlim prosesinə daha fəal şəkildə qoşulmalarını və öyrəndiklərini praktikada tətbiq etmələrini təmin etdi.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparıldı.
+994 77 409 55 66