İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Azerlex Group” MMC arasında qurulan əməkdaşlıq çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün təşkil etdiyimiz “Təlimçilər üçün təlim” mövzusuna həsr olunmuş təlim proqramı çərçivəsində təlim baş tutdu.
Təlim zamanı iştirakçılar təlimçinin rolu və profili, təlim metod və növləri, təlimə hazırlıq mərhələləri, təqdimat bacarıqları, həmçinin auditoriya ilə effektiv ünsiyyətin əsas xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmişlər.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
+994 77 409 55 66