Biznes proseslərinin avtomatlaşdırılması çərçivəsində müştərilərlə effektiv əlaqələrin qurulması və onların məmnuniyyətinin artırılması üçün inteqrasiya olunmuş iş platformaları tətbiq olunur. Eyni zamanda, strateji qərarların qəbulunu asanlaşdırmaq məqsədilə real vaxt rejimində dəqiq və analitik hesabatlar təqdim edilir.
İnsan resurslarının elektron idarəetmə sistemi çərçivəsində əməkdaş məlumatları vahid bazada toplanır, performans və tapşırıqlar effektiv şəkildə idarə olunur. HR sənədləri rəqəmsal formada tənzimlənir, əməkdaşlara dəstək göstərilir və işə qəbul prosesi avtomatlaşdırılmış həllərlə həyata keçirilir.
Məlumatların vahid bazada toplanması ilə idarəetmədə çeviklik və şəffaflıq yaradır, qərarverməni sürətləndirir. Əməkdaş məlumatları strukturlaşdırılmış şəkildə saxlanılır, sürətli axtarış və digər modullarla inteqrasiya prosesi sadələşdirir.