Məhkəmədə təmsilçilik xidmətlərimiz bizneslərin hüquqlarının bütün instansiyalarda peşəkar müdafiəsini təmin edir. Müqavilə, vergi, əmək, inzibati və digər mübahisələrdə şirkətin maraqlarını əsaslandırılmış hüquqi strategiya ilə qoruyuruq. Məqsədimiz mübahisələri minimum risk və maksimal nəticə ilə həll etməkdir.
Korporativ hüquq xidmətlərimiz şirkətlərin gündəlik fəaliyyətində qarşılaşdıqları bütün hüquqi ehtiyacları əhatə edir. Şirkətlərin yaradılmasından daxili idarəetməyə, müqavilələrin hazırlanmasından vergi və əmək münasibətlərinə qədər hər mərhələdə biznesinizi hüquqi risklərdən qoruyuruq. AZERLEX ilə hər addımınız hüquqi cəhətdən etibarlı olacaq