Müqavilələrin hazırlanması və hüquqi audit

Müqavilələrin düzgün hazırlanması biznes münasibətlərinin hüquqi baxımdan qorunması və risklərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu xidmət çərçivəsində biz alqı-satqı, icarə, xidmət, əmək və digər növ müqavilələrin hazırlanmasını, həmçinin hazır müqavilələrin hüquqi auditini həyata keçiririk. Müqavilələr tərəflərin maraqlarını tam əks etdirməklə yanaşı, mövcud qanunvericiliyə uyğun tərtib olunur. Eyni zamanda, sənədlər üzərində aparılan hüquqi təhlil nəticəsində mümkün risklər müəyyənləşdirilir, ziddiyyətli və qeyri-müəyyən şərtlərin aradan qaldırılması təmin edilir. Tərtib etdiyimiz və ya təhlil etdiyimiz hər bir müqavilə hüquqi təhlükəsizliyi təmin etməyə, tərəflər arasında yaranacaq potensial mübahisələrin qarşısını almağa yönəlib. Zərurət olduqda, beynəlxalq müqavilələr üzrə də hüquqi ekspertiza təqdim edirik.

Xidmətə nələr daxildir ?


Alqı-satqı, xidmət, icarə və təchizat müqavilələri

Alqı-satqı, xidmət, icarə və təchizat müqavilələri

İstər məhsul alın, istər xidmət göstərin, istərsə də icarəyə verin — düzgün tərtib olunmamış müqavilə sizi həm maliyyə, həm də hüquqi risklərlə üz-üzə qoya bilər. Biz, alqı-satqı, xidmət, icarə və təchizat müqavilələrinizi beynəlxalq və yerli hüquqi normalara uyğun şəkildə hazırlayırıq və sizə hüquqi dayanıqlıq qazandırırıq.
Tərəfdaşlıq və investisiya sazişləri

Tərəfdaşlıq və investisiya sazişləri

Yeni tərəfdaşlıqlar və investisiya münasibətləri ciddi hüquqi zəmanət tələb edir. Səhmdar razılaşmaları, investisiya şərtləri və tərəfdaşların məsuliyyət bölgüsünü dəqiq əks etdirən sazişlər hazırlayaraq, gələcək mübahisələrin qarşısını alırıq. Qazan-qazan əsaslı münasibətlərin hüquqi təməlini birlikdə qururuq.
Məhkəmə üçün etibarlı müqavilə strukturunun yaradılması

Məhkəmə üçün etibarlı müqavilə strukturunun yaradılması

Müqavilə təkcə tərəflərin razılığı deyil, həm də mübahisə zamanı məhkəmədə etibarlı sənəddir. Biz müqavilələrinizi hüquqi sübut gücünə malik strukturda hazırlayırıq: hüquqi terminologiyanın düzgün seçimi, tərəflərin öhdəliklərinin aydın təsviri və məhkəmə tərəfindən tanınacaq formatlar üzərində diqqətlə işləyirik.
NDAlar, rəqabətə qarşı şərtlər, fors major və digər bəndlərin işlənməsi

NDAlar, rəqabətə qarşı şərtlər, fors major və digər bəndlərin işlənməsi

Müqavilənin hər abzası vacibdir, lakin bəzi bəndlər – məlumatların qorunması (NDA), rəqabətə qadağa, fors-major hallar və hüquqi məsuliyyətlər – daha da həssasdır. Bu bəndləri sadəcə əlavə etmək deyil, onları hüquqi cəhətdən işlək və tətbiqoluna bilən şəkildə hazırlamaq hüquqi auditimizin əsas hissəsidir. Sizə uyğun, praktik və qoruyucu şərtləri təmin edirik.

Müraciət et

* Tələb olunan sahələr