Məhkəmə və arbitraj təmsilçiliyi

Müştərilərimizin maraqlarını məhkəmə və arbitraj proseslərində tam şəkildə qorumaq üçün hüquqi təmsilçilik xidməti göstəririk. Bu çərçivədə mülki, kommersiya, əmək və digər ixtisaslaşmış sahələrdə iddia və müdafiə işlərini həyata keçirir, müvafiq sənədlərin hazırlanması və təqdim olunmasını təmin edirik. Hüquqi prosedurların düzgün aparılması, dəlillərin toplanması və təqdim edilməsi, prosesin strategiyasının işlənməsi və müştərinin maraqlarının maksimal qorunması əsas prioritetlərimizdəndir. Eyni zamanda arbitraj mübahisələrində peşəkar nümayəndəlik təklif edir və mübahisələrin məhkəmədən kənar həlli üçün hüquqi dəstək göstəririk.

Xidmətə nələr daxildir ?


Yerli məhkəmələrdə təmsilçilik

Yerli məhkəmələrdə təmsilçilik

Biznes fəaliyyətinizdə yarana biləcək mübahisələrdə sizi məhkəmə qarşısında peşəkar şəkildə təmsil edirik. İddia və etiraz ərizələrinin hazırlanmasından tutmuş məhkəmə proseslərinin hər mərhələsində hüququnuzun müdafiəsini təmin edirik. Məqsədimiz uzun sürən mübahisələri deyil, effektiv həll yollarını təmin etməkdir.
 İnzibati cərimələr və nəzarət orqanları ilə mübahisələr

İnzibati cərimələr və nəzarət orqanları ilə mübahisələr

Vergi, əmək və digər dövlət nəzarət orqanlarının tətbiq etdiyi inzibati cərimələr bəzən hüquqi əsaslardan kənar tətbiq oluna bilər. Belə hallarda inzibati orqanlar qarşısında şikayət prosedurları, məhkəməyə müraciət və cərimələrin ləğvi üçün hüquqi müdafiə xidmətləri təqdim edirik.
Arbitraj şərtlərinin hazırlanması və arbitraj proseslərinin müşayiəti

Arbitraj şərtlərinin hazırlanması və arbitraj proseslərinin müşayiəti

Əgər mübahisələrin məhkəmə deyil, arbitraj yolu ilə həllini istəyirsinizsə, səmərəli arbitraj maddələrinin müqavilələrə əlavə edilməsi vacibdir. Biz sizə həm arbitraj şərtlərinin hazırlanmasında, həm də arbitraj proseslərində hüquqi müşayiət və təmsilçilik xidməti göstəririk – yerli və beynəlxalq arbitraj institutları səviyyəsində.
Xarici qərarların tanınması və icrası

Xarici qərarların tanınması və icrası

Əgər xarici tərəfdaşlarınızla mübahisə nəticəsində digər ölkədə alınmış bir məhkəmə və ya arbitraj qərarınız varsa, həmin qərarın Azərbaycanda tanınması və icrası prosesində hüquqi dəstək göstəririk. Bu xidmətimiz, xarici qərarın hüquqi qüvvəyə minməsi və yerli icra orqanları tərəfindən tətbiqi üçün vacibdir.

Müraciət et

* Tələb olunan sahələr