Şirkətlərin fəaliyyətində maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsi və potensial vergi risklərinin öncədən müəyyən olunması strateji əhəmiyyət daşıyır. Bu xidmət çərçivəsində hüquqi və maliyyə sənədlərinin analiz olunması, fəaliyyətin mövcud vergi və mühasibat uçotu qaydalarına uyğunluğu yoxlanılır. Əməkhaqqı fondu, əlavə ödənişlər, təsərrüfat əməliyyatları və müqavilə öhdəlikləri hüquqi baxımdan təhlil olunur, vergi orqanları ilə münasibətlərdə yarana biləcək risklər qiymətləndirilir. Nəticədə şirkətin daxili prosedurları və sənədləşməsi mövcud qanunvericiliyə uyğunlaşdırılır, cərimə və sanksiya riski minimuma endirilir. Xidmət həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan şirkətlər üçün tətbiq oluna bilər.