İnvestisiya layihələri və dövlətlə tərəfdaşlıq

İnvestisiya layihələrinin həyata keçirilməsi və dövlət qurumları ilə tərəfdaşlıq proseslərində hüquqi dəstək göstəririk. Bu xidmət çərçivəsində layihələrin hüquqi əsaslarının yaradılması, investisiya müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi, dövlət dəstəyi proqramları ilə bağlı məsləhətlər təqdim olunur. Həmçinin, dövlət qurumları ilə əməkdaşlıqda tələb olunan sənədlərin hazırlanması və təsdiq proseslərinin idarə olunması təmin edilir. Hüquqi risklərin qiymətləndirilməsi və investisiyanın qorunması istiqamətində tədbirlər görülür. Məqsədimiz müştərilərimizin investisiya fəaliyyətini qanunvericiliyə uyğun və təhlükəsiz şəkildə həyata keçirmələrinə yardım etməkdir.

Xidmətə nələr daxildir ?


Dövlət sifarişi və tender sənədlərinin hüquqi təhlili

Dövlət sifarişi və tender sənədlərinin hüquqi təhlili

Dövlət layihələrində iştirak zamanı təqdim etdiyiniz sənədlərin hüquqi cəhətdən düzgün və rəqabətə davamlı olması çox vacibdir. Biz tender şərtlərini təhlil edir, riskli bəndləri müəyyən edir və təkliflər paketinizin hüquqi uyğunluğunu təmin edirik. Hədəfimiz — layihədə iştirakınızı təhlükəsiz və uğurlu etməkdir.
Sərmayə müqavilələrinin hazırlanması

Sərmayə müqavilələrinin hazırlanması

Sərmayə yatırımı – təkcə kapital deyil, eyni zamanda hüquqi öhdəlikdir. Biz, yerli və xarici investorlar arasında bağlanan sərmayə müqavilələrini hazırlayaraq tərəflər arasında şəffaflıq, balanslı hüquq və öhdəliklər əsasında uzunmüddətli və təhlükəsiz əməkdaşlıq qurulmasına dəstək veririk.
Layihə əsaslı hüquqi qiymətləndirmə və hüquqi müşayiət

Layihə əsaslı hüquqi qiymətləndirmə və hüquqi müşayiət

İstər dövlət layihəsi, istərsə də özəl sərmayə təşəbbüsü olsun – hər bir layihə hüquqi baxımdan ayrı-ayrılıqda qiymətləndirilməlidir. Biz layihənin başlanmasından icrasına qədər hüquqi müşayiət təqdim edir, müqavilələr, icazələr və tənzimləmə məsələlərində peşəkar dəstək göstəririk.
Dövlətlə əməkdaşlıqda reputasiya və hüquqi risklərin idarə olunması

Dövlətlə əməkdaşlıqda reputasiya və hüquqi risklərin idarə olunması

Dövlətlə əməkdaşlıq, əlavə reputasiya və məsuliyyət gətirir. Hüquqi səhvlər, gecikmiş sənədlər və uyğunsuzluqlar həm cərimələrə, həm də nüfuz itkisə səbəb ola bilər. Biz sizin üçün risqləri öncədən təhlil edir, hüquqi nəzarət sistemləri qurur və reputasiyanızın qorunmasını təmin edirik.

Müraciət et

* Tələb olunan sahələr