İllik hüquqi xidmət (Retainer)

Müştərilərimizə davamlı hüquqi dəstək təmin etmək məqsədilə illik hüquqi xidmət paketi təqdim edirik. Bu xidmət çərçivəsində şirkətinizin gündəlik hüquqi ehtiyacları, müqavilələrin hazırlanması, hüquqi məsləhətlər və yaranan mübahisələrin həlli kimi məsələlər üzrə fasiləsiz dəstək göstərilir. Retainer müqaviləsi əsasında işləyərək, sizə sərfəli şərtlərlə peşəkar hüquqşünas xidmətlərindən daim yararlanmaq imkanı yaradılır. Bu yanaşma iş prosesinizi daha etibarlı və risklərdən uzaq saxlayır, hüquqi məsələlərin vaxtında və səmərəli həllinə şərait yaradır.

Xidmətə nələr daxildir ?


Hüquqşünas saxlamaq əvəzinə daimi hüquqi müşavirlik xidməti

Hüquqşünas saxlamaq əvəzinə daimi hüquqi müşavirlik xidməti

Əmək müqaviləsi ilə hüquqşünas saxlamaq yerinə, daha çevik və qənaətcil olan illik hüquqi müşavirlik xidmətimiz (retainer) sizə davamlı hüquqi dəstək, qısa zamanda məsləhət alma imkanı və proaktiv hüquqi idarəetmə təqdim edir. Bu model sayəsində siz daimi hüquq komandası hissi ilə təhlükəsiz qərarlar verirsiniz.
Həftəlik və ya aylıq hüquqi sorğuların cavablandırılması

Həftəlik və ya aylıq hüquqi sorğuların cavablandırılması

Şirkətinizdə gündəlik fəaliyyət zamanı yaranan suallar, hüquqi risk daşıya bilər. Retainer çərçivəsində biz həftəlik və ya aylıq hüquqi sorğularınıza sürətli və əsaslandırılmış cavablar veririk, beləliklə hüquqi məsələ böyümədən həll olunur.
Müqavilə və sənədlərə hüquqi rəy verilməsi

Müqavilə və sənədlərə hüquqi rəy verilməsi

Vaxt dəyərlidir. Biz sizin təqdim etdiyiniz müqavilə və hüquqi sənədlərə yazılı hüquqi rəy təqdim edirik. Bu, biznes qərarlarınızı vaxtında verməniz və riskləri dərhal dəyərləndirməniz üçün böyük üstünlükdür.
 İllik hüquqi yoxlama və hesabat

İllik hüquqi yoxlama və hesabat

Retainer xidmətimizə şirkətinizin hüquqi vəziyyətinin illik yoxlanması və ətraflı hesabatın hazırlanması da daxildir. Bu hesabatda daxili sənədlərin uyğunluğu, hüquqi risk sahələri və təkmilləşdirmə tövsiyələri yer alır.

Müraciət et

* Tələb olunan sahələr