Brendin, məhsulun və ya yaradıcı fəaliyyətin hüquqi qorunması müasir biznes mühitində əhəmiyyətli yer tutur. Bu xidmət çərçivəsində biz müəlliflik hüquqları, ticarət nişanları, patentlər, sənaye nümunələri və digər əqli mülkiyyət obyektlərinin qeydiyyata alınması və hüquqi müdafiəsi üzrə dəstək göstəririk. Müvafiq sənədlərin hazırlanması, aidiyyəti dövlət orqanlarına müraciətlərin formalaşdırılması və qeydiyyat prosesinin hüquqi müşayiəti tərəfimizdən təmin olunur. Eyni zamanda, hüquqların pozulması hallarında hüquqi qiymətləndirmə aparılır, müdafiə mexanizmləri hazırlanır və mübahisələrin həlli üzrə hüquqi xidmətlər təqdim olunur. Məqsədimiz müştərilərin intellektual sərvətlərinin qorunmasını təmin etmək və onların kommersiya dəyərini hüquqi baxımdan gücləndirməkdir.