Əmək münasibətləri və daxili qaydalar

Əmək münasibətlərinin düzgün tənzimlənməsi həm işəgötürənin, həm də işçinin hüquqlarının qorunması baxımından vacibdir. Bu istiqamətdə təqdim etdiyimiz hüquqi xidmətlərə işə qəbul, əmək müqavilələrinin hazırlanması, əmək münasibətlərinə dair sənədləşmənin qurulması, işdən azadetmə və digər əmək prosesi ilə bağlı hüquqi prosedurlar daxildir. Eyni zamanda müəssisədaxili intizam qaydaları, etik davranış kodeksləri və daxili normativ sənədlər hazırlanaraq işçi heyətinin fəaliyyətinin daha şəffaf və idarəolunan əsaslarla qurulması təmin olunur. Qanunvericiliyə uyğun şəkildə tərtib edilən bu sənədlər gələcəkdə yarana biləcək mübahisələrin və risklərin qarşısını almağa xidmət edir. Xidmət çərçivəsində həmçinin əmək mübahisələrinin həlli üzrə hüquqi məsləhətlər də təqdim olunur.

Xidmətə nələr daxildir ?


Əmək müqavilələrinin hazırlanması və fərdiləşdirilməsi

Əmək müqavilələrinin hazırlanması və fərdiləşdirilməsi

Standart əmək müqavilələri sizi qorumaq üçün kifayət deyil. Hər bir vəzifə, əmək şəraiti və işçinin öhdəlikləri nəzərə alınaraq fərdiləşdirilmiş müqavilələr hazırlayırıq. Bu yanaşma həm əmək mübahisələrinin qarşısını alır, həm də işəgötürənin maraqlarını hüquqi cəhətdən təmin edir.
İntizam qaydaları, daxili prosedurlar və məxfilik öhdəlikləri

İntizam qaydaları, daxili prosedurlar və məxfilik öhdəlikləri

İş yerində nəzarət və effektiv idarəetmə üçün yazılı intizam və daxili davranış qaydaları vacibdir. Biz şirkətinizin ehtiyaclarına uyğun intizam prosedurlarını, işçi davranış kodekslərini və məxfilik öhdəliklərini tərtib edir və hüquqi uyğunluğunu təmin edirik.
Əmək hüququ üzrə təlim və maarifləndirmə

Əmək hüququ üzrə təlim və maarifləndirmə

Menecerlər və HR komandası üçün əmək hüququna dair praktiki təlimlər təşkil edirik. İşə qəbuldan əmək müqaviləsinin ləğvinə qədər hüquqi prosedurlar, sənədləşmə və işəgötürənin hüquq və öhdəlikləri barədə maarifləndirici sessiyalar sayəsində şirkət daxilində hüquqi risklər azalır.
İşçilərin işdən çıxarılması zamanı risklərin hüquqi idarə edilməsi

İşçilərin işdən çıxarılması zamanı risklərin hüquqi idarə edilməsi

İşdən çıxarılma hüquqi cəhətdən ən həssas proseslərdən biridir. Biz, qanunvericiliyə uyğun xəbərdarlıq müddətləri, kompensasiya ödənişləri, əsaslandırılmış ləğvetmə səbəbləri və digər zəruri sənədlərlə bu prosesi hüquqi baxımdan problemsiz həyata keçirməyinizə dəstək veririk.

Müraciət et

* Tələb olunan sahələr